Keçmiş "İveriya" sanatoriyası 253 min lariyə satılıb
26 Yanvar 2016 06:41 DünyaGürcüstanın Sxaltubo kurort bölgəsində yerləşən keçmiş "İveriya" sanatoriyası ölkənin İqtisadiyyat Nazirliyinin keçirdiyi hərracda 253 min lariyə satılıb.
Virtualaz.org saytı Gürcüstan mənbələrinə əsasən xəbər verir ki, özəlləşdirmə şərtlərinə görə, investor Sxaltuboda 160 otaqlı mehmanxana inşa etməlidir. Bu mehmanxanada 80 nəfər işlə təmin olunacaq. Mehmanxanada konfrans zalları və restoran nəzərdə tutulmalı, 40 avtomobillik parkinq salınmalıdır.
Qeyd olunur ki, layihənin investisiya dəyəri 6 milyon avroya bərabərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00