Suriya üzrə danışıqlar yanvarın 29-da başlayacaq

Suriyada münaqişənin nizamlanması üzrə danışıqlar yanvarın 29-da başlayacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib.

"Sabah birbaşa danışıqlarda iştirak etmək üçün Suriyanın müxalifət nümayəndələrini dəvət göndərmək niyyətindəyik. Bilavasitə danışıqlar isə, zənnimcə,  yanvarın 29-dan start götürəcək", deyə S.de Mistura vurğulayıb.

Qeyd edək ki, Suriya üzrə danışıqlar yanvarın 25-ə Cenevrədə keçirilməli idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00