İnsan beyninin tutumu internetdəki bütün məlumatların həcminə bərabərdir

Yeni araşdırmaya əsasən, insan beynində yaddaşın tutumu əvvəlki proqnozlarla müqayisədə 10 dəfə böyükdür. "Bu, nevrologiya sahəsində əsl inqilabdır" - Bioloji Tədqiqatlar İnstitutunun alimi Solka Terri Seynovski belə hesab edir. Yeni həllərimizə əsasən müəyyənləşdirilib ki, insan beynində yaddaşın tutumu  10 dəfə böyük, ən azı 1 petabayt təşkil edir. Bu isə  bütün internetdəki məlumatların tutumuna bərabərdir. Məlum olub ki, beyindəki sinapslar ölçülərini dəyişdirə bilərlər ki, bu da yaddaşın tutumuna təsir edir. "ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, alimlər bu ixtiradan kompüter sahəsindəki gələcək işlərdə istifadə edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00