Bazarı partlatdılar: 4 ölü, 20 yaralı

Kamerunun şimalında yerləşən bazarda partlayış baş verib.  AzNews.az Reuters agentliyi xəbər verir ki, Kamerunun Bodo şəhərində yerləşən bazarda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Kamikadze tərəfindən törədilən partlayışın "Boko Haram" terrorçu qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00