Türkiyənin sanksiyalarından Rusiyanın itirəcəkləri çox olacaq

"Rusiya- Türkiyə münasibətlərində gərginlik davam etdikcə hər iki tərəf bundan müəyyən iqtisadi çətinliklər çəkir. Bu Türkiyə tərəfdə turizm, kənd təsərrüfatı sahasində daha çox hiss edilsə də, Rusiya tərəfdə daha kəskin surətdə özünü biruzə verir". Belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Arzu Nağıyev "OLAYLAR"-a bildirib ki, Türkiyə öz itkilərini xarici sərmayə və Avropa təşkilatları və dövlətləri hesabına bağlaya bilsə də, lakin Rusiya bunu edə bilmir: "Neftin qiymətinin düşməsi, Suriyada aparılan hərbi əməliyyatlar, rublun kəskin devalivasiyası da buna təsir edən əsas amillərdəndir. Hazırda Türkiyənin əlavə sanksiyaları da bunların üzərinə gəlsə bu Rusiyada artıq özünü kəskin şəkildə biruzə verəcək. Bundan başqa Rusiya tək Moskva və Sankt-Peterburq demək deyil. İstər Tatarıstan, istərsə də digər müsəlman inanclı regionlar da Türkiyə ilə bağlılıqları olan ərazilərdir. Burada da müəyyən narazılqlar yaranacaq. Bir sözlə bu gərginlikdə Rusiyanın itirəcəkləri daha çoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00