Roma Papası Türkiyənin narahatçılığını nəzərə aldı
25 Yanvar 2016 14:52 DünyaQondarma soyqırımın 101-ci ildönümü ilə əlaqədar olaraq Roma Papasının aprelin 24-də İrəvana səfəri nəzərdə tutulub. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, rəsmi Ankaranın bu səfərdən ifadə etdiyi narahatçılıq katoliklərin liderini səfərin vaxtında dəyişiklik etmək məcburiyyətində qoyub. Xəbərlərə görə, Türkiyənin narahatçılığını nəzərə alan Roma Papası İrəvana may ayında sədər etməyi qərarlaşdırıb. Eyni ərəfədə katoliklərin liderinin İrana da səfər edəcəyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00