Artıq üç oğul atasıdır

"Mançester Yunayted" futbol komandasının ingilis futbolçusu Ueyn Runi üçüncü dəfə ata olub. Axşam.az-ın məlumatına görə, futbolçu bu barədə Tvitter hesabında xəbər verib: "Möcüzəvi oğlan Jozef Runi dünyaya göz açdı. Biz göyün yedinci qatındayıq".

Qeyd edək ki, Runi və həyat yoldaşı Kolinin bundan başqa 6 və 2 yaşlı oğulları var.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00