Qar Türkiyədə yolları bağladı

Türkiyənin ən mühüm magistral yollarından biri olan D-100 magistral yolunun Bolu Aşırımı ağır nəqliyyat vasitələri üçün bağlanıb. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, səbəb şiddətli qar , fırtına və yolların buz bağlamasıdır Yük maşınları avtoparklara yerləşdirilib. Bir qism avtomobil isə Tuneliyə yönləndirilib. Müvafiq qurumlar yolda hərəkətin bərpa edilməsi üçün fəaliyyət göstərirlər. Bunun üçün bölgəyə əlavə canlı qüvvə və texnika göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00