Çində “iPhone” zavodunda yanğın oldu
25 Yanvar 2016 18:04 DünyaÇinin Çjençjou şəhərində "Foxconn" şirkətinin "iPhone" istehsal edən zavodunda bazar günü axşam yanğın baş verib. İKT.lent.az-ın "gazeta.ru" saytına istinadən xəbərə görə, bu barədə "The Wall Street Journal" nəşrinə şirkətin nümayəndəsi bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində heç kəs xəsarət almayıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırırlar. Məlumatda deyilir ki, alovlanma mərkəzi havalandırma sistemində və zavodun damına aparan ventilyasiya borusunda başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00