Ermənistanın keçmiş prezidenti ABŞ-da xəstəxanaya düşdü

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan yanvarın 15-də ABŞ-ın Qlendey şəhərində əməliyyat olunub. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Ter-Petrosyan bağırsaq xərçəngi xəstəliyindən əziyyət çəkirmiş. Cərrahiyyə əməliyyatı "Glendale Memorial" xəstəxanasında keçirilib. Əməliyyat sonrası müayinələrdən keçirilən Ermənistanın 71 yaşlı sabiq prezidenti bazar ertəsi xəstəxanadan evə buraxılıb və hazırda qohumlarının evindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00