Gülüşlə söndürülən zəngli saat əlavəsi yaradıldı
25 Yanvar 2016 11:33 Dünya"Microsoft" şirkəti "Android" əməliyyat sistemləri üçün "Mimicker Alarm" adlanan zəngli saat əlavəsi yaradıb. İKT.lent.az-ın "gazeta.ru" saytına istinadən məlumatına görə, bu zəngli saat əlavəsini istifadəçinin üç mərhələdən birini keçdikdən sonra söndürmək mümkündür.
Qeyd edilir ki, bu mərhələlər olduqca qeyri-adidir. Belə ki, əlavə istifadəçiyə hər hansı emosiyanı təsvir etməklə selfi çəkmək, müəyyən rəngli obyekti aşkar edərək ora kameranı yaxınlaşdırmaq, həmçinin yanıltmacı dəqiq demək lazım olacaq. Cihazın sahibi zəngli saatı söndürdükdən sonra əlavə ona növbəti heç də asan olmayan məsələni həll etmək üçün əlavə 30 saniyə vaxt verəcək. "Əgər istifadəçi vaxtında bu mərhələləri keçməyi çatdırmasa, onun yatmış olduğunu zənn edib, zəngli saat yenidən çalmağa başlayacaq", - deyə əlavənin tərtibatçılarından biri olan Elison Layt bildirib. Əlavənin istifadəçiləri onu səhərlər oyadacaq siqnalı seçməklə bərabər, səhər keçilməsi lazım olan mərhələni də özü seçmək imkanı əldə edəcək ki, zəngli saatı söndürə bilsin.