Bakıda məcburi eniş etmiş Air India təyyarəsi Mumbaya uçdu
25 Yanvar 2016 10:42 DünyaBakının Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş etmiş Air India aviaşirkətinə məxsus təyyarə bazar ertəsi səhər Mumbaya uçub. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.London-Mumbay marşrutu üzrə uçan, göyərtəsində 229 sərnişin olan Boeing Dreamliner (B787-800) təyyarəsi sərnişinlərdən birinin halı pisləşdiyindən məcburi eniş etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00