Türkiyə Rusiyanın sanksiyalarına cavab hazırlayır

Türkiyə ilk dəfə Rusiyanın 2015-ci ilin noyabrından tətbiq etdiyi sanksiyalara qarşı cavab tədbirləri görməyə hazırlaşır.APA-nın məlumatına görə, bu barədə Rusiyanın "Kommersant" qəzeti yazıb. Qəzet bu sanksiyaların metallurgiya sahəsini əhatə edə biləcəyini qeyd edib."Metallurgiya sahəsindən başqa Rusiya məhsullarına qarşı hər hansı məhdudiyyətlərin qoyulması ehtimal edilmir", - deyə qəzet mənbəyə istinadən yazır.Xatırladaq ki, ötən il noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiya təyyarəsinin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulmasından sonra Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək barədə fərman imzalayıb.Yanvarın 1-dən isə tərəvəz, meyvə, gül, toyuq əti və duzun Türkiyədən Rusiyaya gətirilməsi qadağan edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00