İngiltərədən Hindistana uçan təyyarə Bakıda məcburi eniş etdi
25 Yanvar 2016 10:15 DünyaLondondan Hindistanın Mumbai şəhərinə uçan təyyarə Heydər Əliyev adına Hava limanına təcili eniş edib.Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gün baş verib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Sərnişinə təcili tibbi yardım göstərilib.Qeyd edək ki, "Air İndia"ya məxsus "Aİ 130" tipli təyyarədə 229 nəfər sərnişin olub. Təyyarə ötən gün saat 19:00-da Londonun Hitrou hava limanından yola düşüb. Bu səhər saat 04:00-da isə Mumbainin Çatrapati beynəlxalq hava limanına enməsi planlaşdırılıb.Məcburi enişlə əlaqədar təyyarənin bu gün saat 13:00-da Mumbaiyə çatması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00