ABŞ şirkəti İrlandiya firmasını satın alır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) avtomobil akkumlyatorları, ventilasiya və isitmə sistemləri istehsalçısı "Johnson Controls" korporasiyası İrlandiyanın yanğın mühafizə və təhlükəsizlik şirkəti olan "Tyco" international şirkətinə yiyələnməyə hazırlaşır.

Milli.Az anspress-ə istinadən bildirir ki, aktivləri 13 milyard dolara yaxın olan "Tyco"nun alınması üçün danışıqlar həll edici mərhələyə daxil olub.

Tərəflər hələ ki potensial müqavilənin şərtlərini açıqlamayıb. Wall Street Journal dərgisi razılaşmanın baş tutub-tutmadığının günün ikinci yarısında bəlli olacağını yazır. İrlandiyanın Kork şəhərində qərarlaşmış "Tyco" dünyada 3 milyondan çox müştərini yanğın mühafizə və digər təhlükəsizlik məhsulları və xidmətləri ilə təmin edir.

Danışıqların getməsi barədə xəbər "Johnsons Controls" şirkətinin avtomatik oturacaqlar və interyerlə bağlı ayrıca törəmə şirkət yaratmağa hazırlaşdığı bir vaxtda elan olunub. Şirkət əsas diqqəti akkumlyatorların istehsalına yönəltməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00