Portuqaliyada prezident seçkiləri keçirildi
25 Yanvar 2016 08:06 DünyaYanvarın 24-də Portuqaliyada prezident seçkiləri keçirilib.
axar.az bildirir ki, seçki ərəfəsindəki proqnozlar göstərirdi ki, 10 namizəd arasında 67 yaşlı Marselo Rebelo de Souzanın qalib gəlmə şansı daha çoxdur. Ölkədəki Sosial Demokratların dəstəklədiyi, konservativ siyasi görüşə malik R.Souza Lissabon Universitetində hüquq professorudur və ölkə televiziyalarında çıxış edən populyar siyasi analitikdir.
Yerli vaxtla saat 20-yə olan ilkin nəticələrə görə, M.Souza 50 faizdən bir qədər çox səs toplaya bilib. Əgər son nəticə də belə olarsa, seçkilərdə ikinci tura ehtiyac qalmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00