İran Rusiyanı südlə təmin edəcək
İslam respublikası bu ilin sonuna kimi Rusiyaya 800 milyon dollarlıq süd məhsulları ixrac edəcək
25 Yanvar 2016 07:05 Dünyaİran 2016-cı ilin sonuna kimi Rusiya Federasiyasına 800 milyon dollar məbləğində süd məhsulları ixrac etmək niyyətindədir. ANS PRESS-in məlumatına görə, bu barədə İranın Süd Məhsulları İstehsalçıları Assosasiyası məlumat yayıb.
İlin əvvəlində Ticarət-Sənaye Palatasının kənd təsərrüafatı komitəsinin rəhbəri "Fars" xəbər agentliyinə verdiyi açıqlamada, aparılan təftişlərdən sonra İranın 4 süd zavodunun öz məhsullarını Rusiyaya ixrac etməsi üçün müvafiq lisenziya aldığını bildirmişdi. Təftişlər Rusiyadan gələn mütəxəsislər tərəfindən həyata keçirilib.
İxracat prosesinin yanvarın 20-də başladığı bildirilir. İxrac olunan məhsullara əsasən quru süd, müxtəlif pendir çeşidləri daxildir. Rusiya Qərbin Sanksiyalarına cavab olaraq, Avropa, ABŞ, Kanada və Avstraliyadan meyvə-tərəvəz, balıq, süd məhsullarının idxalına embarqo qoyub və daxili bazarda kənd təsərrüfatı məhsullarına olan tələbatı ödəmək üçün alternativ mənbələr axtarır.