Müxalifət hökumətə ultimatum verdi
25 Yanvar 2016 06:55 DünyaMoldova müxalifətinin nümayəndələri ölkə rəhbərliyinə ultimatum veriblər.
Virtualaz.org RİA-Novosti-yə istinadən xəbər verir ki, onlar yanvarın 28-dək tələbləri yerinə yetirilmədiyi təqdirdə benyəlxalq və milli əhəmiyyətli yolları bağlayacaqlarını bildiriblər.
* * *17:20
Moldovanın paytaxtı Kişinyov şəhərində hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçirilir.
TASS agentliyinin verdiyi xəbərə görə, müxalif Moldova Sosialist Partiyası və "Bizim Partiya"nın birgə təşkilatçılığı ilə baş tutan aksiyada on minlərlə insan iştirak edir.
Pavel Filipin rəhbərlik etdiyi höküməti istefaya çağıran nümayişçilər "Biz xalqıq!!", "Biz birlikdə gücük!", "Mafiya yox edilməlidir!", "Novbədənkənar seçkilər keçirilsin!" kimi şüarlar səsləndirir.
Aksiya dinc xarakter daşıyır.