ABŞ-da 9500 aviareys ləğv edilib
24 Yanvar 2016 20:24 DünyaABŞ-ın Şərq hissəsində qar fırtınası səbəbindən 9500 aviareys ləğv edilib.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, şənbə və bazar günlərinə nəzərdə tutulan aviareyslər təxirə salınıb. Sinoptiklər məhz istirahət günləri havanın daha da kəskinləşəcəyini bildiriblər. Karolina və Corciya ştatlarından Nyu-Yorka qədər hər yerdə fövqəladə vəziyyət elan edilib. İnsanlara nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00