ABŞ-da 7,1 bal gücündə zəlzələ

ABŞ-ın şimal-qərbindəki Alyaska ştatında 7,1 bal gücündə zəlzələ olub.Zəlzələnin ştatın ən böyük şəhəri Ankoragenin 261 kilometr cənub-qərbində baş verdiyi bildirilir.AzərTAc haberturk.com-a istinadla xəbər verir ki, ABŞ Geoloji Ölçmə Mərkəzinə görə, zəlzələ yerin 124,8 kilometr dərinliyində meydana gəlib. Milli Hava Xidməti zəlzələnin dərinliyi səbəbindən sunaminin gözlənilmədiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00