Türkiyə təyyarəsində bomba həyəcanı: 227 nəfər təxliyə edildi

ABŞ-ın Hyuston şəhərindən İstanbula uçan "Türk Hava Yolları" şirkətinə məxsus "Boeing-777-300" təyyarəsi İrlandiyada təcili eniş edib.

"Report"un RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, təcili enişə təyyarənin göyərtəsində bomba olmasına dair yazının aşkarlanması olub.

Təcili enişdən sonra təyyarədə olan 227 nəfərin hamısı təhlükəsiz yerə təxliyə edilib.

İrlandiya polisindən bildiriblər ki, məcburi eniş təyyarənin göyərtəsində bomba olması barədə məlumata görə həyata keçirilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00