Nyu-Yorkda avtomobil nəqliyyatının hərəkətinə qadağa qoyulub

Nyu-York ştatının qubernatoru Endryu Kuomo güclü qar çovğunu səbəbindən  avtomobillərin şəhərdə hərəkətinə qadağa qoyub.  APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə qubernator "Tvitter" səhifəsində bildirib.  

"Birinci növbədə  insanların təhlükəsizliyidir. Avtomobillərin hərəkətinə qadağa 14.30-dan (Bakı vaxtı ilə 23.30-dan)  tətbiq edilməyə başlayacaq", deyə məlumatda bildirilir.    

Qadağanın hava şəraiti normallaşanadək qüvvədə qalacağı bildirilir. Qatarların hərəkətinə də qadağanın tətbiq ediləcəyi bildirilir.  

Qubernatorun sözlərinə görə, qadağa ştatın cənub-şərq hissəsinə (Daunsteyst Nyu-York) şamil olunacaq. 

Qeyd edək ki,  güclü qar çovğunu səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00