Nikaraqua sahillərində turist gəmisi batıb, 13 nəfər ölüb

Nikaraqua sahillərində göyərtəsində Mərkəzi Amerika və ABŞ turistlərinin olduğu  gəmi batıb, nəticədə 13 nəfər ölüb. APA-nın "Frans Press"ə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı Kosta-Rika vətəndaşlarıdır.Qəza Karib dənizində, Litl Korn Aylend adasl yaxınlığında baş verib.Gəmini göyərtəsində 32 turist olub, onlardan 19 nəfəri xilas etmək mümkün olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00