İran Türk malların Rusiyaya ixracını qadağan edib
24 Yanvar 2016 09:04 Dünyaİranın ticarət naziri Məhəmməd Rıza Nemətzadə Türkiyə mallarının Rusiyaya geri ixracının qadağan olunması barədə sərəncam imzalayıb.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, İdarə nümayəndəsinin sözlərinə görə, müvafiq tədbir Türkiyə və Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda İran istehsalçılarının təhlükəsizliyinin təmin edilməsi üçün görülüb.
"Türk mallarının İran tacirləri tərəfindən geri ixracı İranın ümumi ixrac qaydalarına ziddir", - deyə o bildirib.
Nümayəndə qeyd edib ki, İran istehsalçıları Tehran və Moskva arasında xoş münasibətlərdən İranda istehsal olunan malların ixracı üçün istifadə etməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00