Liviya ordusu xarici ABŞ və Rusiya ordularının ölkədə varlığı xəbərini təkzib etdi

Liviya ordusunun baş komandanlığı xarici hərbçilərin Liviya ərazisində mövcudluğu barədə yayılan xəbərləri təkzib edib.Yayılan xəbərlərdə bildirilirdi ki, ABŞ, Rusiya və Böyük Britaniya xalq birliyi hökumətini qorumaq üçün bu ölkəyə öz qoşun birləşmələrini yollayıblar.Virtualaz.org saytı "Sputnik" agentliyinin məlumatına istinadən xəbər verir ki, Londonda dərc olunan ərəbdilli "Əş-Şark Əl-Ausat" qəzeti təhlükəsizlik qüvvələrindəki mənbələrinə dayanaraq ABŞ, Rusiya və Böyük Britaniyadan onlarla hərbçinin Liviyaya gəlməsi barədə məlumat yayıb. Həmin mənbələrə əsasən, xarici hərbçilərin əksəriyyəti Tobruk şəhərindən cənubda yerləşən Hamal Abdel Naser adına aviabazaya gətiriliblər. Mənbələrdən birinin iddiasına görə, üç ölkənin hərbi qulluqçularının ölkəyə gəlməsində məqsəd "kəşfiyyat işlərinin aparılması və milli orduya məsləhət xidmətlərinin" göstərilməsidir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00