Türkiyə Suriya danışıqlarından geri çəkilə bilər

"Suriya kürdlərinin müxalifətin sırasında Cenevrədə Suriyadakı böhran üzrə danışıqlarda təmsil olunacağı təqdirdə, Türkiyə Suriyaya dəstək beynəlxalq qrupunu tərk edə bilər".

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu məlumatı "Foreign Policy" nəşri BMT-nin yüksək səviyyəli diplomatına istinadən yayıb.

Mənbəyə görə, baş nazir Əhməd Davutoğlunun rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti tənzimləmə prosesindən çıxma ehtimalı ilə bağlı xəbərdarlığı BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturaya çatdırıb.

Nəşr onu da qeyd edir ki, Türkiyəyə səfəri zamanı ABŞ vitse-prezidenti Co Bayden Suriya kürdlərinin prosesə cəlb olunacağı təqdirdə belə Ankaranı danışıqlardan çıxmamaq üçün dilə tutacaq.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00