Soros Rusiyanın çöküşünün tarixini açıqladı
23 Yanvar 2016 13:14 DünyaRusiya çox zəif mövqedədir. Amma onun maliyyə ehtiyatlari iki ilə kifayət edəcək.
Milli.Az publika.az-a istinadən bildirir ki, bu sözləri məşhur Amerika maliyyəçisi Corc Soros "Bloomberg" agentliyinə müsahibəsində deyib.
Sorosun sözlərinə görə, Rusiya üçün ən mürəkkəb il 2017-ci il olacaq. Milyarder hesab edir ki, 2017-ci Rusiyanın çox az maliyyə ehtiyatı qalacaq.
Qeyd edək ki, yanvarın 15-də Rusiyanın beynəlxalq valyuta ehtiyatları 368,3 milyard dollar təşkil edib.
Rusiya Mərkəzi Bankının məlumatına görə, 2014-cü il yanvar ayının sonunda ölkənin beynəlxalq ehtiyatları 498,9 milyard dollar təşkil edirdi. Bu isə iki il ərzində ölkənin valyuta ehtiyatlarının 130 milyard dollar azalması deməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00