Ukrayna-Çin qatarı Aktau limanına yola salınıb
23 Yanvar 2016 12:51 DünyaBu gün Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaq konteyner qatarı Qazaxıstanın Aktau limanına yola salınıb.
Virtualaz.org saytı APA-ya istinadən bildirir ki, yanvarın 22-də axşam 23:00-da sınaq qatarı "Azərbaycan" bərəsi ilə Aktau limanına yola düşüb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt terminalından Qazaxıstanın Aktau limanına yola salınan bərənin 24 saat ərzində mənzil başına çatacağı gözlənilir. 10 vaqon və 20 40 futluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınıb. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də, Azərbaycana isə yanvarın 22-i axşam çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00