Suriya böhranı üzrə görüş təxirə salınıb
23 Yanvar 2016 08:59 DünyaSuriya üzrə görüş təxirə salınıb. Yanvarın 25-də Cenevrədə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Suriyada münaqişənin tənzimlənmə planından danışacaq.
APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin nümayəndəsi Fərhan Haq bildirib
"Staffan de Mistura bazar ertəsi siyasi prosesə dair məlumat verəcək", deyə F.Haq qeyd edib.
Qeyd edək ki, yanvarın 25-də Cenevrədə keçirilməsi planlaşdırılan Suriya böhranı üzrə beynəlxalq görüş qeyri-müəyyən müddətə təxirə salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00