Acunun yeni kanalı oktyabrda yayıma başlayır

“O Ses Türkiye” müsabiqəsinin Yunanıstan versiyasının müəlliflik hüquqlarını aldıq

Türkiyənin tanınmış prodüsseri və aparıcısı, bir çox bahalı tele-layihələrin müəllifi və "TV8" kanalının sahibi Acun İlıcalının yeni televiziya kanalı oktyabrda fəaliyyətə başlayacaq. ANS PRESS-in məlumatına görə, Yunanıstanda olan bu kanal barədə İlıcalı özü açıqlama verib. Yunanıstanın baş naziri Çipras ilə bu istiqamətdə görüşdüyünü deyən tanınmış aparıcı bu ölkədə də reytinq rekordları qıracağını bildirib."Qarşımızda iki variant var. Yunanıstanda tele-kanal və ya kanal tezliyi alacağam. Yunanıstanın baş naziri cənab Aleksis Çiprasla görüşdüm. O da bu fikir qarşısında çox həyəcanlandı bu layihəyə müsbət baxdığını dedi. Bu istiqamətdə hədəfimiz oktyabr ayıdır. Kanal "TV8" formatında olacaq. "O Ses Türkiye" müsabiqəsinin Yunanıstan versiyasının müəlliflik hüquqlarını aldıq. Yenə, orda da "Survivor" həyata keçirmək planımız var. Orda da böyük fərqlə reytinqdə birinci olacağımızı hiss edirəm."Karyerasına 2002-ci ildə idman müxbiri kimi başlayan Acun İlıcalı bir çox tele kanalda müxtəlif layihələrdə aparıcı və prodüsser kimi fəaliyyət göstərdikdən sonra 2013-cü ildə "TV8" kanalını alaraq tele kanal sahibi olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00