Koalisiya qüvvələri 22 min terrorçunu məhv etdi
"Uzun müddətdir terrorçulardan böyük miqyaslı hücum müşahidə edilməyib."
23 Yanvar 2016 08:05 DünyaAmerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbərliyində yaradılan koalisiyanın həyata keçirdiyi hərbi hava əməliyyatları nəticəsində 1.5 ildə çox sayda İŞİD terrorçusu məhv edilib. ANS PRESS-in məlumatına görə, bu barədə Fransanın müdafiə naziri Jan İv Le Drian beynəlxalq koalisiyanın İraq və Suriyada terror qruplaşmasına qarşı əməliyyatları barədə danışarkən deyib.Yerli "France-24" kanalına müsahibə verən Le Drian beynəlxalq koalisiyanın 2014-cü ildən bəri 22 000 İŞİD terrorçusunu öldürdüyünü bildirib.Son günlər İŞİD terror qruplaşmasına qarşı böyük uğurlar əldə edildiyini deyən müdafiə naziri uzun müddətdir terrorçulardan böyük miqyaslı hücum müşahidə edilmədiyini bildirib. Jan İv Le Drian vəziyyətin çox həssas olması səbəbindən yenə də diqqətli olmalarının vacib olduğunu vurğulayıb.