ABŞ-da qasırğa xəbərdarlığı edilib
Qasırğa ilə əlaqədar 4500-dən çox aviareys də təxirə salınıb
23 Yanvar 2016 08:04 DünyaAmerika Birləşmiş Ştatlarının bir neçə ştatında güclü qar yağışı ilə ələqadar fövqəladə vəziyyət elan edilib.
Meteroloqlar isə əhaliyə güclü qasırğa təhlükəsi barədə xəbərdarlıq edib. Qasırğa ilə əlaqədar minlərlə aviareys təxirə salınıb.
ANS PRESS-in ABŞ bürosunun məlumatına görə, Amerika Birləşmiş Ştatlarında meteoroloqlar bu gün ölkəyə güclü qasırğa olacağı barədə xəbərdarlıq ediblər.
Bazar gününədək davab edəcək qasırğa Appalaç dağlarından Filadelfiya ştatına qədər əraziləri əhatə edəcək.
Meteoroloqlar bunun qışın ən sərt qasırğası ola biləcəyini deyiblər. Qasırğa bütün ölkədə 75 milyon insana təsir edə bilər.
Proqnozlar paytaxt Vaşinqton üçün də keçərlidir. Bu gün qasırğa ilə yanaşı paytaxta güclü qar da gəlir. Tempraturun -6 dərəcə olduğu Vaşinqtonda yollarda donma da müşahidə olunub. Nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Məktəblər isə bağlıdır.
Milli Hava Xidməti ştat ərazisinə 30-40 santimetr hündürlüyündə qar yağacağını bildiriblər.
Pensilvaniya, Tennessi, Merilend, Virciniya və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib. Corciya ştatının qubernatoru ştatın 21 dairəsində fövqəladə vəziyyət elan edib.
Qasırğa ilə əlaqədar bu gün və sabaha olan 4 min 500-dən çox aviareys də təxirə salınıb.