Rusiya sərhədini qanunsuz keçən Azərbaycan vətəndaşı 7 aylıq həbs olunub
22 Yanvar 2016 18:12 DünyaRusiya məhkəməsi ölkə sərhədini qanunsuz keçən Azərbaycan vətəndaşını 7 ay müddətinə azadlıqdan məhrum edib. APA-nın Rusiya bürosunun məlumatına görə, Bryansk vilayətinin Surajskiy rayon məhkəməsi Rusiya sərhədinin qanunsuz keçən adı açıqlanmayan 40 yaşlı Azərbaycan vətəndaşı barədə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 7 ay müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb.
Qeyd edək ki, ötən il avqustun 22-də Rusiyaya girişi qadağan olunan Azərbaycan vətəndaşı Belarus Respublikasına gələrək oradan avtomobillə Rusiya ərazisinə keçmək istəyərkən sərhədçilər tərəfindən yaxalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00