Xına gecəsində 100 kiloqramlıq libas geyindi
22 Yanvar 2016 16:39 DünyaMilyarder Faruk Yalçının qızı Süreyya Yalçının xına gecəsi keçirilib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Hataydan olan Ozan Borana ərə gedən Süreyya gecədə 100 kiloqramlıq Sultan paltarı geyinib. Təmtərağı ilə seçilən gecədə əşyaların çoxu qızıldan hazırlanıb. Xınayaxdıda məşhurlar da iştirak edib. Onlar arasında müğənni Sərdar Ortaç və həyat yoldaşı da olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00