Şok açıqlama: İŞİD nüvə bombası ilə vurula bilər
22 Yanvar 2016 16:38 Dünya"Terroçuları dayandırmalı, onların Britaniya ərazisində terror aktları törətmələrinə imkan verməməliyik. Bunun üçün terrorçulara nüvə zərbələri endirmək də olar". Milli.Az The Express-ə istinadən bildirir ki, Britaniya Kral Hərbi-Dəniz Qüvvələrinin kontr-admiralı Con Uilin fikrincə, İŞİD-in Suriyadakı mövqeləri 11 min kilometrdən artıq uçuş məsafəsinə malik "Trident" ballistik nüvə raketləri ilə vurula bilər. "Nüvə silahından preventiv istifadə terrorçulara radioloji silahın ən sadə variantı olan "çirkli nüvə bombası" əldə etməyə imkan verməyəcək. Hazırda bizdə ballistik nüvə raketləri daşıyan "Vanguard" tipli 4 sualtı gəmi var. Beynəlxalq koalisiya İŞİD-in mövqelərini vuranda biz də "Trident"lərdən istifadə edə bilərik. Terrorçuları bu minvalla tam məhv edə bilməyəcəyik, amma onların "çirkli nüvə bombası" əldə etmələrinə imkan vermərik", - C.Uil deyib.