Tacik kişi

Ölkə mətbuatında yer alan məlumata görə, bu tədbirlər ölkəni yad təsirlərdən qorumaq məqsədi ilə keçirilib. Saqqal kəsmə "yad mədəniyyətə" qarşı mübarizənin bir hissəsidir.  Ölkə prezidenti Emomali Rahmon da yad mədəniyyətin dalınca getməməmyi məsləhət görmüşdü. "Başqalarının dəyərləri qarşısında əyilməyin. Qara geyimlər yox ənənəvi görünüş və biçimli geyimlər geyinin". O, deyib ki, tacik qadını hətta matəm zamanı da qara yox ağ geyimdə olub.  Bundan başqa ötən həftə tacik parlamenti yeni diğulan uşaqlara ərəb mənşəli adların verilməsini qadağan etmişdi. 


Tacik qadınların rəngarəng baş örtüyü