Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, tənzimləyici tərəfindən hərraca 200 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb. Hərracda iştirak edən 29 bank tərəfindən məcmu tələb 98,217 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% nisbətində təmin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00