İŞİD dərsliklər çap edir: "Əhməd 5 kafir öldürsə, Mahmud isə 2 kafir az öldürsə..."

"Əhməd bir gün ərzində 5 kafir öldürsə, Mahmud isə 2 kafir az öldürsə, onların hansı biri cənnət qapısından içəri daha tez keçər?" Bu "riyazi məsələ" "İraq və Şam İslam Dövləti"nin (İŞİD) ibtidai siniflər üçün çap etdiyi riyaziyyat dərsliyində yer alıb.

Milli.Az bildirir ki, İŞİD-in orta məktəb şagirdələri üçün nəzərdə tutduğu dərsliklər İraqın Mosul şəhərində çap olunub.
Dərsiliklər İŞİD-in Suriya və İraqda ələç keçirdiyi ərazilərdəki bütün "Şəriət məktəb"lərinə paylanıb.
12 fənn üzrə olan dərsliklərin istisnasız olaraq hamısında terror, radikallıq, aqressivlik, dini zəmində düşmənçilik təbliğ olunur.

İŞİD-in "İslam Təhsili və İnkişaf Nazirliyi" adlanan strukturuna ABŞ-dakı Ohayo Universitetini bitirmiş amerikalının başçılıq etdiyi bildirilir.

"Nazirlik"ın "əməkdaş"ları arasında Britaniyanın 5, Fransanın 4, Hollandiyanın 11, İtaliyanın 4, Rusiyanın 3 vətəndaşı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00