İran Rusiyadan təyyarə almayacaq

İran Rusiyadan təyyarə almaqda maraqlı deyil. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, bu bəyanatla İran Mülkü Aviasiya Təşkilatının rəhbərlərindən olan Muhamməd Hədakərəmi çıxış edib. Onun sözlərinə görə hazırda İranın hava nəqliyyatı ilə məşğul olan şırkətləri Rusiyaya belə bir təklif ilə müraciət etməyiblər. Bir neçə gün əvvəl bəzi rus KİV- ləri İranın Rusiyadan SSJ-100 və Tu-204 avialaynerlərini almaq istədiyini bəyan etmişdilər, Ancaq sonradan Tehranın Avropa istehsalı olan Aerobus təyyarələri almaq uçun müraciət etdiyi məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00