Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mirrəhim Abdullayev və Elşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, iclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Məhkəmə prosesi fevralın 4-də davam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxs bir müddət əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) anti-terror əməliyyatı nəticəsində tutulub. Müəyyən edilib ki, onlar Elşən İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti (İŞİD)", "Cəbhətül-Nusra" və "Cundu Şam" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00