Boşanası cütlük iki gündə barışdı
22 Yanvar 2016 19:55 DünyaMüğənni İrem Derici və radio aparıcısı Rza Esendemir barışıblar. Axşam.az xəbər verir ki, bir neçə gün əvvəl İnstaqramda birgə fotolarını silərək bir-birini izləməni də dayandıran cütlüyün boşanacağı haqqında xəbərlər yayılmışdı. Eyni evdə yaşasalar da, küsülü olduqları, İremin depressiyaya düşərək yeməkdən imtina etdiyi deyilirdi. Boşanma xəbərlərinə səssiz qalan ikili dünən barışıqlarını nümayiş etdirib. Menecer Özgür Aras Tvitterdə İ.Dericiyə "Mahnılara qulaq asmağa gəlirəm, yeznə manqalı yandırar?" yazıb. Ardınca İrem ərini də işarələyərək "Gəl, sənin üçün evi də yandıraram" cavabını verib. Fanatları isə ikilinin boşanma xəbərlərini "reklam" adlandırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00