Dünən ən çox hansı serial izlənilib? - yeni reytinq
22 Yanvar 2016 19:30 Dünya"Kösəm Sultan" serialının dünənki seriyası yenə də reytinqlərdə uğursuzluqla üzləşib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Beren Saatın da xilas edə bilmədiyi serial "Total" (ümumi) reytinqdə hər həftə geriləyir. Dünən isə izlənənlər arasında 25-ci yerdə qərarlaşıb. AB reytinqdə (təhsil səviyyəsi yüksək olan insanlar) 4-cü yerdə olsa da, "Kördüğüm" və "Yeter" seriallarına uduzan layihə xarici telekanallarla olan müqaviləyə görə yarımçıq saxlanıla bilməz. Yeni başlayan "Kördüğüm" və "Yeter" serialları isə reytinqlərdə getdikcə ilk pillələrdə möhkəmlənirlər. "Total" reytinqə hamını üstələyən "Kurtlar Vadisi Pusu" isə "AB"də 7-ci olub.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00