Rusiyada kütləvi zəhərlənmə

Rusiyanın Amur vilayətində kütləvi zəhərlənmə baş verib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, olay İvanovka qəsəbəsinin 1 saylı orta məktəbində qeydə alınıb. İlkin məlumata görə 18 şagird zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətrilib. Məlumata görə məktəbin yeməkxanasındaki günorta naharından sonra bir çox uşağın halı pısləşib və onlar təcili xəsətəxanaya çatdırılıblar. Onlardan 6 nəfərin müalicəsinin başa çatdığı bildilirir 12 nəfər şagirdin isə müalicəsi davam edir . Həkimlər xəstə uşaqların vəziyyətini orta-ağır qiymətləndiriblər. Baş vermiş hadisə ilə əlaqədər cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00