Britaniyanın neft sənayesi iflic oldu

Şotlandiyadakı Aberdin və İnverness limanları Britaniyanın neft hasilatı sektorunun ən mühüım məkanları sayılır. Şimal dənizində təbii qaz və xam neft yataqları ilə bağlı geoloji-kəşfiyyat, qazma və hasilat işləri məhz bu şəhərlərin limanları vasitəsilə reallaşdırılır. Vaxtilə limanlardan dənizə daşınan üzən qazma platformaları indi geri gətirilir. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, səbəb dünya bazarlarında xam neftin həddən ziyadə ucuzlaşmasıdır. Bu səbəbdən də Britaniya Şimal dənizində yeni yataqların araşdırılması ilə bağlı işləri minimuma endirib. Fəaliyyətdə olan platformaların çoxunda işlər dayandırılıb. İnvernessdən şimaldakı Kromarti Fert limanının yaxınlığında indi onlarla nəhəng platforma var. İşlərin azalması Aberdin şəhəri və Aberdinşir qraflığında minlərlə neftçinin maddi durumunu çox ağır vəziyyətə salıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00