Meyra azərbaycanlı müğənni ilə duet oxuyacaq
22 Yanvar 2016 19:20 DünyaTürkiyəli müğənni Meyra "Türkvision" müsabiqəsinin azərbaycanlı qalibi Fərid Həsənovla duet oxuyacaq. Axşam.az xəbər verir ki, bu haqda bəstəkar Gövhər Həsənzadə xəbər verib. O, ifaçıların duet şəklində səsləndirəcəkləri bəstənin sözlərinin Ayşe Birgül Yılmaza, musiqisinin isə özünə aid olduğunu bildirib: "Meyranın gözəl səsi var. Onlar üçün yazdığım lirik mahnı da çox gözəldir".
Qeyd edək ki, F.Həsənov "Türkvision"a 2013-cü ildə qatılıb və "Yaşa" mahnısı ilə qalib olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00