Ərinin əkiz qardaşını məhkəməyə verdi
22 Yanvar 2016 19:15 DünyaAktrisa Bade İşçil boşanma prosesində olduğu həyat yoldaşı Malkoç Süalpın əkiz qardaşı Tarkan Süalpı da məhkəməyə verib. Milli.Az Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Bade Tarkan haqda "şəxsi məlumatlarını ələ keçirib yaydığı, səsli və görüntülü təhqirə yol verdiyi" üçün şikayət edib. Dünən keçirilən məhkəmədə aktrisa iştirak etsə də, keçmiş qaynı prosesə qatılmayıb. İşçil: "Boşanmağımızda məni günahkar göstərməyə çalışıb", - deyərək hakim qarşısına çıxıb. Tarkan Süalpın ifadəsi alınmadığı üçün məhkəmə təxirə salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00