Nazirlik: "22 min İŞİD üzvü öldürülüb"
22 Yanvar 2016 11:35 DünyaBeynəlxalq koalisiya qüvvələrinin ilyarım ərzində İraq və Suriyada İŞİD-ə qarşı həyata keçirdikləri əməliyyat nəticəsində 22 min terrorçu öldürülüb. Report xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Jan-İv Lö Drian yerli "France-24" telekanalına müsahibəsində deyib. O, son günlər terrorçuların geniş hücum planı həyata keçirə bilmədiyini də vurğulayıb. Onun sözlərinə görə, aparılan səmərəli əməliyyatlar terrorçu İŞİD qruplaşmasını "çox qəzəbləndirib".
Qeyd edək ki, İŞİD-ə qarşı koalisiya qüvvələri 2014-cü ilin yayından mübarizə aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00