Selin Dion əri ilə vidalaşdı - VIDEO
22 Yanvar 2016 10:35 DünyaMəşhur müğənni Selin Dionun mərhum əri və prodüseri Rene Ancelillə vida mərasimi keçirilib.Milli.Az Global News-a istinadən bildlirir ki, R.Ancelil ilə vida mərasimi Kanadanın Monreal şəhərindəki "Notre-Dame Basilica" kilsəsində olub.Tabutun yanında Selin Dion, onun oğulları Patrik, Jan-Pyer və Şarl, 88 yaşlı anası Tereza və Rene Ancelilin qardaşı Andre vardı.R.Ancelil bu gün dəfn olunacaq.47 yaşlı S.Dionun dediyinə görə, dəfn mərasimi onun Twitter-dəki akkauntunda translyasiya olunacaq.74 yaşlı Rene Ancelil yanvarın 14-də vəfat edib. O, xərçəng xəstəsi idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00