Xəbərdarlıq: "Əl-Qaidə dirçəlir"
22 Yanvar 2016 10:33 DünyaƏfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani bəyan edib ki, "Əl-Qaidə" terror qruplaşması bölgədə təsirini artırıb.Milli.Az Report-a istinadən bildirir ki, bu barədə M.Ə.Qani CNN telekanalına müsahibəsində deyib.Onun sözlərinə görə, hazırda terrorçular bir çox ölkədən Əfqanıstana axın edirlər. "Rusiya, Çin, Özbəkistan, Tacikistan və Yaxın Şərq dövlətlərindən ölkəmizə gələn terrorçular var. Düzdür, 2015-ci ilin əvvəlində biz hesab edirdik ki, "Əl-Qaidə" çöküb. Ancaq indi başa düşürük ki, bu heç də belə deyil", - deyə dövlət başçısı vurğulayıb.M.Ə.Qani onu da qeyd edib ki, terrorçular hazırda əhali ilə qarşıdurmadan çəkinir, ancaq bununla belə Əfqanıstan ərazisindən istifadə edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00