Toyu təxirə saldılar - FOTO
22 Yanvar 2016 10:29 Dünyaİyun ayında evlənəcəklərini bildirən müğənni Can Bonomo ilə model Didem Soydan toylarını müvəqqəti olaraq təxirə salıblar.Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Didem Soydan "Kariyer Fashion Show"da baş model olaraq defiledə iştirak edib. Model defilədən sonra jurnalistlərin suallarını cavablandırıb. O, jurnalistlərin "nə vaxt evlənirsiz?" sualına: "Avqust ayında evlənirik, dəqiq tarixi bəlli deyil", - deyib.Qeyd edək ki, Can Bonomo Azərbaycanda təşkil olunan "Avroviziya 2012" müsabiqəsində Türkiyəni təmsil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00